Təəmmül eyləmə, saqi, yetər xumar mənəBoynun bəlasın alım, bəsdir intizar mənə

Sənin əlinlə sitəm daşı yeğdir, artıqdırKi gövhər eyləyələr özgələr nisar mənə

Bu vəchdən ki sənin hüsnünə bir az oxşarNə cilvələr ki bu il eyləməz bahar mənə

Könül rəngi bətər, ey səbz rəng, nə gülgun?Nə gül nə səbzə gərəkdir nə laləzar mənə

Gərək qiyamətə dək yağa, bəs ki təşnəliyəmƏgər mürüvvət edər əbri-növbahar mənə

Gül məhəbbət düşməni-tikan olur, QövsiDemə ki bir-iki gün çərx oldu yar mənə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине