Ta nigahım nərgisi-yar ilə olmuş aşinaKafirəm gər çeşmi-xunbar ilə olmuş aşina

Əkinibdir gözlərimdə rəşkdən mən yanıramKim niçün göz mərdümi yar ilə olmuş aşina

Üzvü üzvüm hər biri bir pərdədə eylər məqamTa cismim naleyi-zar ilə olmuş aşina

Nuri-çeşm, aşina deyirlər səni əğyar iləTərfə kim, can nəqşi-divar ilə olmuş aşina

Guşeyi-darüləman yox dəhr bünyadındaEy xoşa Mənsur kim dar ilə olmuş aşina

Gah olur həsrətdən ab, gah heyrətdən qururKimki ol ayineyi-ruxsar ilə olmuş aşina

Sinədə bir dəm nəfəs zəncir ilə çağ eyləməzTa dili-bitab dildar ilə olmuş aşina

Ta mən etdim əzm, Qövsi, Kəbədən büthanəyəRişteyi-təsbih zünnar ilə olmuş aşina

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви