İstər gözüm ki göstərə dildarə könlümüKimdir ki bir yerə yığa sədparə könlümü

Nə tabı var vüsala nə hicrana taqətiSaldı fələk nə odlara bicarə könlümü

Bilməm ki qanda buldu sənin məst gözlərinMeyxanələr səbukeşi avarə könlümü

Ey şəm, sən ki məhrəmi-bəzmi-vüsal isənZinhar bir sifariş ilə yarə könlümü

İmdada qara könüllərə yaxşıdır səbaOl kakil arasında mənim arə könlümü

Rəhm ilə girmə qanına ol qanı dolmuşunEy xal, vermə qəmzəyi-xunxarə könlümü

Qövsi, şikayət öz ki əlindən rəva deyilKim saldı öz gözüm mənim odlara könlümü

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви