İçib mey qanə-qanə bağrımı qan etdi ol nov-xət,Həvasım qönçəsin gül tək pərişan etdi ol nov-xət

Ucadı hansı bülbül naləsi kim səbzə ətrafın,Həyadan tərləyib gül-gül gülüstan etdi ol nov-xət

Dolandım Kəbə kuyinə yüz kəz, ta məni bir yol,Çevirdi başa ol, sonra qurban etdi ol nov-xət

Gətirmədim əzəldən zülfə iman, şükr kim axır,Gətirdi ayeyi-xəttin müsəlman etdi nov-xət

Keçərkən ruzigarım sadə surətlər xəyalilə,Məni Qövsi bu mənidən peşiman etdi ol nov-xət

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе