Qəzəl: Yüz hüsn dil ü dideyi-heyrana yetişməz
Yüz hüsn dil ü dideyi-heyrana yetişməz,Yüz gənc həqiqətdə bu viranə yetişməz
Yüz bağ ü bahar olsa mənim könlüm açılmaz,Fəryadıma tək nalei-mestanə yetişməz
Ol atəşi-suzanə nə həsil yaxın olmaq,Ta yetməyə məqsudinə pərvanə yetişməz
Gər yetməsə bülbül mənə, ey gül, əcəb olmaz,Kim şaxi-gül ol sərvi-xuramana yetişməz
Ol çeşmi-siyahi-məsti görən kimsə bilir kim,Yüz tiri-qəza növəki-müjgana yetişməz
Təbriz açar könlümü, Qövsi, gər açılsa,Hərçənd ki firdovs Səfahana yetişməz
Kitabxana.az · https://kitabxana.az/ru/works/qovsi-qezel-yuz-husn-dil-u-dideyi-heyrana-yetismez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey biqərar sinədə neştərmisən, nəsən,Peykanmısan, könlümüsən, əxgərmisən, nəsən
Qəzəl: Sızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsənSızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsən,Yanar bərqi-bəladan ol neyistan, sən nə sızlarsən
Qəzəl: Ey sünbüli-zülf, ol gül-ruxsarə düşərsənEy sünbüli-zülf, ol gül-ruxsarə düşərsən,Öz başına fikir et ki ayaqlara düşərsən
Qəzəl: Sübhdəm gülzar içində çaldı bülbül ərğənunSübhdəm gülzar içində çaldı bülbül ərğənun,Əyyuhəl-uşşaq qum, və innəkum la təsməun