Qəzəl: Sübhdəm gülzar içində çaldı bülbül ərğənun
Sübhdəm gülzar içində çaldı bülbül ərğənun,Əyyuhəl-uşşaq qum, və innəkum la təsməun
Ərğəvan tutdu piyalə, nəsrin doldurdu cam,Mütrib, çal nəğmə, ya əyyuhəl-müstəğfirun
Hüsni-ruyin hər görənlər afərin təhsin edər,Şükr edən in'ama yox, illa qəlilən təşkürun
Gözlərin sərxoşluğundan badə həm lafın oxur,Zir-i ləb saqi deyir hərdəm və lahum yəhzənun
Qövsinin fikri budur yolunda can qurban edə,Hər görəndə deyəsən innə iləyhi raciun
Kitabxana.az · https://kitabxana.az/ru/works/qovsi-qezel-subhdem-gulzar-icinde-caldi-bulbul-ergenun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yoxdur səbatı fəsli-gülün, ey həzar, heyf,Bir göz yumub açınca keçər nobahar, heyf
Qəzəl: Ey deyən Məcnun hanı, Məcnun mənəm, Leyli gərəkEy deyən: Məcnun hanı, Məcnun mənəm, Leyli gərək,Surəti-divar çoxdur dəhrdə, mə'ni gərək
Qəzəl: Zəxmi-tiğin xalqdan biyhudə yaşırmış könülZəxmi-tiğin xalqdan biyhudə yaşırmış könül,Mümkün olmaz etməyə ol qönçə sirabi gül
Qəzəl: Getmə, başın sədəqəsi, ey sərvi-xoşrəftar, gəlGetmə, başın sədəqəsi, ey sərvi-xoşrəftar, gəl,Getdim əldən, ey dolanım başına, dildar, gəl