Qəzəl: Getmə, başın sədəqəsi, ey sərvi-xoşrəftar, gəl
Getmə, başın sədəqəsi, ey sərvi-xoşrəftar, gəl,Getdim əldən, ey dolanım başına, dildar, gəl
Gəldi ayami-bahar, səs saldı bülbül aləmə,Gəl nə durmuş sən daxi, ey saqi-xunxar, gəl
Natəvanlıqdan yaman düşdüm mən ü bidəst ü pa,Gəl əlimdən tut, ayağın sədəqəsi, ey yar, gəl
Qönçəyə pərvanə tək bülbül tutub təkrar edər,Kim yerin boşdur sənin, ey şəm'i-ruxsar, gəl
Can nisar etdikdə bir ömr intizarın çəkmişəm,Ey təbibi-bimürüvvət, ta həyatım var, gəl
Naləsindən dərdi-sər çəkdin, müdara eylədin,İndi kim dildən düşübdür Qövsi bimar, gəl
Kitabxana.az · https://kitabxana.az/ru/works/qovsi-qezel-getme-basin-sedeqesi-ey-servi-xosreftar-gel
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məxı istəmənəm dərdimi cananə desinlər,Əhvalımı ol zülfi-perişanə desinlər.
Mən məst idim, ol məstlə axır belə düşdümMən məst idim, ol məstlə axır belə düşdüm,Qıl fikrimi saqi ki, yaman müşkülə düşdüm.
Qəzəl: Zəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənəZəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənəKönlümün hər əqdəsi bir əqdi-gövhərdir mənə
Qəzəl: Gərçi artıq yaraşır ol cameyi-gülgün sənəGərçi artıq yaraşır ol cameyi-gülgün sənəHər nə geysən qaməti-mövzun edər mövzun sənə