Xəzan ayamı girdim bağa, yadi-nobahar etdim,Quru bir nalə ilə bülbülün dərdin həzar etdim

Gərək min canı təslim eyləmək cananə bir yerdə,Fəğan kim mən ona bir canı yüz min yol nisar etdim

Məgər üstüxanım sürmə oldu məğzi-canım tək,Ki bu bazarda aynamı mən bigübar etdim

Səni göz yaşım ilə naləi-zarım cavan etdi,Bu əbrü ol nəm ilə xəzan fəslin bahar etdim

Ona tapşır ənanın, müddəalardan kəsil, kim mən,Özümdən eylədim qət'i-nəzər ta yarı yar etdim

Mənə ərbabi-dil tapşırdılar gənci-rəvan, Qövsi,Özümçün hər yerin viranə tək, bəskim, hasar etdim

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви