Əğyar aldı çevrəmi, canan, həray-hayAldı bu dərdlər məni dərman həray-hay

Bitab ikən dolanmağa başına saqininSaldı ayağdan məni dövran həray-hay

Zinhar, dilim tutar, gözlərim görərBir dəm yetiş harayıma, canan, həray-hay

Ey sərv, həsrət ilə kəman oldu qamətimBir qatilə oldum sənə qurban həray-hay

Hicr və xumar mədrəsə küncü əsiriyəmSaqi və cam sahni-gülüstan həray-hay

Zağ və zəğindən oldu çəmən təng qönçəyəGülbangi-əndəlibi-xoşəlhan həray-hay

Kafirdir ol əgərçi müsəlman uşağıdırTərsa həray-hay, müsəlman həray-hay

Könlüm tutuldu xaki-vətəndən yaman mənimEy məşhədi-qərib Xorasan həray-hay

Zəngari-qəm göz ayinəsin tutdu QövsininEy xaki-sürməxiz Səfahan həray-hay

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке