Dutar ahəngi-mütrib çün dili-pür-iztirab oynarMəgər bilməzmi kim dəfsiz bu sər-məsti-xarab oynar

Necə ətfal ilə divanə həm rəqs olmasın, yarəbKi zövqündən nəsimi-növbaharın şeyx və şab oynar

Məni rəşk atəşi mey tək edər pürşö'lə od, saqiSipəndi-şux çün məstanə rəqs eylər kabab oynar

Könül, sən çərxi-bi-zinhardan zinhara tez gəl, dönəkKi hər pərvanə başına yüz il bu asiyab oynar

Özün üçün sayəban fikr elə, çıx gərdunun altındanKi bir gün öz yerindən axır ol zərrin tənab oynar

Nola gər biqərar olsam sipehrin pic-ü-tabındanKi başıma fələxən tək bu ağır asiyab oynar

Bu ol söz pərtövüdür kim Füzuli söyləmiş, QövsiNiçük kim mövclənmiş suda əksi-afitab oynar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине