Qəzəl: Gərçə gün kimi olub pak nəzərlər gustax
Gərçə gün kimi olub pak nəzərlər gustaxQarşı durmaz sənə ayinə kimi hər gustax
Düşsə göz yaşı kimi mey nəzərimdən nə olaGörə bilməm ki ləbinlə ola saqər gustax
Nola cəmiyyəti-tiğ ilə əgər dağıdasanÇöhrə olmuş yüzünə xətti-müənbər gustax
Ağladırlar məni mina kimi, güldürmək araGirməsin xubların bəzminə kafir gustax
Məni qan tərlədir ol ləl nə yüzdən, yarəbKi təbəssümlə açıb qönçəni eylər gustax
Verdi gül bir kinək ahım belinə rəşki məniKi səba çulğaşır ol zülfə, oynar gustax
Ey xoş ol məst ki bilməz kim özünü sözünüYalvarıb saqiyə cam və məzə istər gustax
Necə saqinin ayağını öpüm ya əliniKi həyadan öpə bilməm ləbi-saqər gustax
Kitabxana.az · https://kitabxana.az/ru/works/qovsi-qezel-gerce-gun-kimi-olub-pak-nezerler-gustax
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hərçənd bəzmi-vüsalə cananə yetmişəm,Ta canı tapşıranca ona cana yetmişəm
Qəzəl: İkaş eşqi ol bazicə sanmasaydımİkaş eşqi ol bazicə sanmasaydım,Ta avarə-varə axır o odlara yanmasaydım
Qəzəl: Əzəl başdan ki nəqdi-canımı cananə tapşırdımƏzəl başdan ki nəqdi-canımı cananə tapşırdım,Onun dərdü-bəlasın cümlə yığdım, cana tapşırdım
Qəzəl: Onun qəddin nihali-ömri-cavidana bənzətdimOnun qəddin nihali-ömri-cavidana bənzətdim,Sözün abi-həyatə, ləli-nabın cana bənzətdim