Hərçənd bəzmi-vüsalə cananə yetmişəm,Ta canı tapşıranca ona cana yetmişəm

Ta əzmi-kuyun eyləmişəm bir ümid ilə,Ol qədəmdə ravzeyi-rizvana yetmişəm

Hərçənd bilməm dili-bitab qədrini,Yüz gənc keçmişəm ki bu viranəyə yetmişəm

Seyli-bəhar gərdimə yetməz şitabdan,Asudəyəm hənuz ki ümmana yetmişəm

Giryanə yana yaşına dönsəm əcəb deyil,Pərvanəyəm ki şəm'i-şəbistana yetmişəm

Çox əbr tək kənarda göz yaşı tökmüşəm,Ta bəhr içində gövhəri-qəltana yetmişəm

Zinhar göz götürmə, kan, qanlu dağdan,Kim mən bu şəm'lə mehi-Kən'ana yetmişəm

Ta oldu dağı-lalə kimi danışın mənə,Qövsi, şükufteyəm ki gülüstana yetmişəm

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе