Gedibdir
Gənə başıma qopdu qiyamət,Məgər bu gülşənin növbahari gedibdir.Usanıb nohədən biçarə bülbül,Unudub naləsin, qərarı gedibdir.
Dağılsın fələyin taq-ü rəvaqı,Qılıbdır könlümü hicran yataqı,O ğəmzəsi cadu gözləri yağı,Salıb bu şikəstə əşkbarı gedibdir.
Pozulub rövnəqi bu çəmənkahın,Dolanım başına sən kimi şahın,Kərimin əflakə yetirüb ahın,Salubən cisminə şərarı gedibdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mucrim-kerim-gedibdir
Клавиши ← → для перехода, R — случайное стихотворение