Tək gəldin cahana, didarı göyçək,Dəndanı yaqutsan, ləlsən, ay, ay.Sinəndə iylənir ətirli çiçək,Nərgizsən, narıncsan, laləsən, ay, ay.

Bahar oldu, düşdü ahu-fəryada,Həsrətsən lalə tək yüzə sən, bülbül.Ya gərək canını salasan oda,Ya gərək əlini yüzəsən, bülbül.

Molla Cümə necə dözsün bu dağa,Bu sitəmə, bu düyünə, bu dağa,Məcnun edib saldın məni bu dağa,Ha gəzirəm eniş, yoxuş, düz, dərə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе