Təzəllümdən usandı, zülmdən dildar usanmazmıCəfa və cövrdən əğyar usandı, yar usanmazmı

Usandı badəkarından meyxanə evbaşıMəgər məzlumların qanından ol xunxar usanmazmı

Tutuşdu şəm könlüm dəmbədəm pərvanə yaxmaqdanBu mənidən məgər ol atəşin ruxsar usanmazmı

Səpehr ahənin dil atəşin ahımla mum olduSənin könlünün sitəmdən axır ey dildar usanmazmı

Çəndə cana yetdi bağban bülbül nəvasındanMənim fəryad ahımdan məgər əğyar usanmazmı

Olur axır mükərrər gər həyati-cavidan olsaBu bi-əncam işdən aşiqi-bimar usanmazmı

Yuxu aləmlərə təlx oldu Qövsi təng fəğanındanBu aciz naləlikdən yarəb ol bimar usanmazmı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви