Gərdənində, qamətində ayıb yox,Amma nə gözəldir pərişan zülfün!Ətrindən dinlənir sərasər ərvah,Ya müşki-ənbərdir, ya reyhan zülfün.

Gülab səpilibən dəyəndə şana,Qoxusu çulğaşır cümlə cahana,Döndəribdir məni Şeyx Sənana,Nə din qoyub məndə, nə iman züfün.

Ağ əlin ki, dəyər o müşki-naba,Bənzər bulut içrə girən məhtaba.Həlqələnir, dönür ucu qüllaba,Asar gündə min-min dilü can zülfün.

Yastılanıb ay qabağın yanında,Başı çıxır tər buxağın yanında,Siyah xalın, al yanağın yanındaƏskik olmaz hərgiz, hər zaman zülfün.

Vaqifəm, olmuşam zülfə giriftar,Könlüm viran, halım xarab, günüm zar,Bir nəzər qıl mənə, ey çeşmi-xumar,Eyləyibdir məni sərgərdan zülfün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви