Könlüm elə pünhandır, keysulər arasında
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Könlüm elə pünhandır, keysulər arasında,Şanə gəzibən tapmaz yüz mulər arasında.
İstər ki, çəkə Mani tərhini qaşın bilməz,Peyvəstə kəşakəşdir əbrulər arasında.
Məstanə xumar gözlər hərdəm mənə al eylər,Qaldım nə yaman yerdə cadulər arasında.
Bimar gözüm, cana salmış məni bir halə,Səhrayə düşüb gəzdim bədgulər arasında.
Ta mən ki, cüda düşdüm ol yar vüsalindən,Varmı görəsən söhbət bədgulər arasında?
Макта — последний бейт с тахаллусом поэта. Əğyarə vəfa etmək, üşşaqə cəfa, növrəs,Bilməm bu nə adətdir məhrulər arasında.
Kitabxana.az · https://kitabxana.az/ru/works/novres-konlum-ele-punhandir-keysuler-arasinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəmFələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm,Ah, qəm ləşgərinin şövq ilə sərkərdəsiyəm,
Məni-bimarə müddətdir olub yaği qara gözlərMəni-bimarə müddətdir olub yaği qara gözlər,Könüldə tari-mujganın qalıb baqi, qara gözlər.
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
Стихи других поэтов · О любви
Başına döndüyüm, ay mələkzada,Gözəllər içində növrəstə Güllər.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
Səndən ayru ölməgim guya ki, təqdir olmadıSəndən ayru ölməgim guya ki, təqdir olmadı,Yoxsa can verməkdə məndən hiç təqsir olmadı.