Güllər
Başına döndüyüm, ay mələkzada,Gözəllər içində növrəstə Güllər.Eşqin şərabından oldum fəramuş,Rəhm eylə mən yazıq sərməstə, Güllər!
Pərvanəyəm, eşq ataşın məndədi,Məhşərədək yanar, keçməz, candadı.Gözəllikdə neçə nişan səndədi,Boyundu qüdrətdən bir bəstə, Güllər.
Gözüm açdım, mail oldum bir gülə,Bir bülbülü həmrah gördüm bir gülə.Dərd qoymadı yazıq Musa bir gülə,Nə sağ demək olmaz, nə xəstə Güllər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-musa-guller
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səhər vaxtı zəhmət vermə özünə,Ay qabaqlı, qələm qaşlı köynəkcək.
MənBilin, bu yerlərdə ədalət yoxdu,Heç bilmirəm, kimə gedim dada mən.
Mən istərəm bu meydanda nər indiAy ağalar, gəlim sizə söyləyim,Mən istərəm bu meydanda nər indi.
Mənə DilbərQız, belə gəzməyin aşıq öldürür,Telindən tel ayır sat mənə, Dilbər!