Yar, sana məni
Cığalı təcnis
Dərdi-hicran tapdağıdı bu könül,Bir ara, bir axtar, yar sana məni.Mən aşığam, yar sana,Gəlməz dərdim yar sana.Loğmanımsan, bağrımı,Neştər alıb yarsana?Sayılınam dərmanıma yox demə,Bir arxa, bir kömək, yar sana məni.
Duman gələ, şər qovuşa qarala,Döndü yoxdu, ha yolumu qar ala.Mən aşığam, qar ala,Çatma qaşın qarala.Sən mənimsən, mən sənin,Yad çırağı qarala.Yar uğrunda yüz çovğun, yüz qar ola,Xudam yetişdirər, yar sana məni.
Söz vermişdin vaxtı gəlib yetişdi,Məmmədhüseynin harayına yetiş di.Mən aşığam, yetişdi,Əhdə vəfa yetişdi.Mən gördüyüm şamama,İl dolandı yetişdi.O gün əlin yad əllərə yetişdi,Al qılıncı şaqqa yar, Sona məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-yar-sana-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Əqlimi ey guli-xəndan,Atdın həvayə-həvayə.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Krımda axşamlarM. Müşfiqə*Enərkən qızıl günəş qoca dağlar ardına,