Əqlimi ey guli-xəndan,Atdın həvayə-həvayə.Eylədin bulbul tək əfqan,Duşdum ah-vayə, ah-vayə.

Qeydi-zulfində, ey mahim,Ərşə yetişibdir ahim.Murəxxəs et, padişahimMəni bir ayə, bir ayə.

Ləlindir omrum səfası,Ağzındır dərdim şəfasıEy sənəm, zulfin həvasıƏldə sərmayə, sərmayə.

Bəndi-bənd gəldim xuruşə,Zovqi yetirdim suruşə.Mayıl oldum cuşə-cuşə,Ləbi həmrayə, həmrayə.

Dərsin almış rahibərdən,Mushəfi-ruyi-dilbərdən.Nigari hərdəm əzbərdənOxur min ayə, min ayə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви