Ey istəyən yari, sevən dildari,Mülki-məhəbbətdə gərəkdir ixlas.İxlas ilə eylə kari-kirdari,Gir təriqi-xasə, eylə qəlbi xas.

İxlasinə hərgiz verməgil xələl,Ta yetişsin sana feyzi-bibədəl.Böylu qurulubdur qanuni-əzəl:İxlas ilə olsun kari-xas ixlas.

Fəryadinə yetsin eşqi dildarin,İmdadina yetsin pərvərdigarin.Ey dil, şamü səhər olsun izkarin,Təriqi-vəhdətdə sureyi-ixlas.

Sıqın eşqi-yarə, şövqi-dildarə,İstəazə eylə pərvərdigarə.Dəryayi-əsrarə, dürri-şəhvarə,Ey dəli dil, eylə kəndini qəvvas.

Mütrib kim saz eylər, ələ alıb tar,Məşuqi kim söylər şövqilə dildar.Seyid Nigaridə qalmaz ixtiyar,Vəqt kim rəqs eylər eşqlə rəqqas.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви