Məni sevən kəsi sevə bilmədim,Sirli arzuların uçdum əlində.O qız donub qaldı tək qaya kimiGənclik illərinin sahillərində...

Bu mənim səhvimmi, yanılmağımmı?Soruşma, tərəddüd bəs nədən oldu?Şəhərə atdığım birinci addımSevgidən qaçdığım ilk qədəm oldu.

Ürəyim geriyə dönməkmi istər?Çaşıb “hə” desəm də düz deyil axı!Ancaş qayıdanda görüş yerləriDost kimi yüyürüb qarşıma çıxır.

Hardansa qulağa çatır bir səda:Utana-utana “qayıt” deyir hey.Addım ki, atıram ayağım altdaGileyli baxışlar inildəyir hey.

Mən onun qədrini bilmədim, əfsus,İndi sevdiyimsə bir parça qardı.İlləri adlayıb gəlsəydi o qız,Bu qızın başına ağıl qoyardı!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви