Göylərə sancılan minarələrdənGecələr qapqara bayraqlar kimiasılır ruhların səssiz fəryadı.Bu lal harayların intiqamındanxəbərsiz şəhərlər, qorxusuz kəndlərBu yadlıq içində qıvrılıb yatır...

Qıvrılıbqovrulur öz axarındadağların qəzəbli Uçansuları.Qayalar köksünü verib qaytarırDəniz taleyindən qaçan suları.

Uçuq Qızqalası xəlvətə salıbSudağ qalasından atılmaq istər.Yaş tökər daşları boş qalaların –Əriyib bu dərddən qurtulmaq istər...

Adına qısılıb dincələr bir azBurda Qaradağlar, Soyuqbulaqlar,Burda Göytəpələr, Bağçasaraylar,...Kimsəsiz məzarlar üzü göylərəÇöllərdən bir dəstə çiçək haraylar...

Mənə tanış kimi baxdı bu bulaq,Hələ göz yaşları sellənəcəkdir.Ağaclar boynumu qucaqlayacaq –Qəlbi yarpaq-yarpaq tellənəcəkdir.

Saralmış otların ətrindən huşsuzMənəm,ulduzların altında yatan.Torpaq da üzünü sürtür üzümə,Məst olub uyuyur bu doğmalıqdan!

Başımın üstündə ağlar buludlar,Başımın üstündə səssiz fəryadlar...Gecələr yuxuma girib dəstəyləKöməyə çağırır bu yetim adlar.

Mən hansı qayaya sıxım köksümü,Mən hansı işığı yandıracağam?!Darağdaş¹ altında bir cır armudunTitrək barmağında sarı yarpağam...

Ya qara bayrağam elə özüm də,O boş minarədən asılıb qalan,Ruhlartək,qəmini duyan olmayan,Nə soruşa bilən, nə cavab alan...

Krım, Göytəpə, 10.X.1980

¹ Krımda yer adları

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов