II. Mənə toxunma
Bu qürub çağında mənə toxunma,Qayıt get,Getdiyin yollar tanışdı.Qayıt get, qoy görüm saralmış otlar,Qurumuş çiçəklər nədən danışır.
Bir də bu ümidə umsunma tamam,Get, ayrı əllərdən nəvaziş ara.Bu torpaq üstündə sənə sarılsam,Torpaq da od tutub məni yandırar...
Baş vursam köksünün cüt dalğasına,Dalğalı dənizə mən yad olaram.İsti nəfəsinə uyuyaramsa,İsti ocağımda unudularam!
Üstümdən bu axşam küləyi əsə,Yalan pıçıltılar olmasa, nə qəm.Üzümü üzünə söykəməkdənsə,Bu qara daşlara sürtmək istərəm.
Doğmadı meşədən dalğalanan səs,Quşlar da bir tanış havayla dinir.Sənintək yüz gözəl danışa bilməzBir tənha cığırın qəm tarixini...
Köksümə sıxılıb bir mamırlı daş,Üzümə saçıntək toxunur duman.Dağ çayı dinirsə, sən dinmə, yavaş,Yüz sirrə yol açır danışığından.
Günün batan çağı bir ağlar neyəm,Özümü özümə göstəribdi gün.Torpaqdan bozarmaq öyrənməliyəm,Sinəmdə yad güllər bitirməməkçün...
Göytəpə, 18.X.1980
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-ii-mene-toxunma
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Bahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
KəsildiÇarx dolandı, üz döndərdi zamana,Əvvəl olan düz ilqarı kəsildi.
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim