Ulu babam RüstəmxanınAlapaça atı varmış.At qiymətli bir papağı,Toz götürməz adı varmış.Boydan hündür, səsdən uca...Öz yerini bilən olub.Söz altında qalmaqdansaSöz üstündə ölən olub!Uzaq eldən qız gətirib,Sonra işi düz gətirib.Bir gövdədənYeddi budaq haçalanıb,Yeddi oğul el içində ad çıxarıb.Yeddi köhlən tərpənəndəDaş yollardan od çıxarıb.

Bizim nəsil bir sevgininNüvəsindən şaxələnib.Qayalarda sığnaq tapanqoç igidinYuvasından şaxələnib.Neçə arxa, neçə qanad,Neçə çarpaz, neçə düyün...Budağından tumurcuqtəkÇırtlamışam mən də bir gün.O ulusun adı məndə –Babaların şax səsiyəm.Bizim nəsil – saz qoludu,Onun təzə pərdəsiyəm...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов