Aşnalığı
Ay ağalar, gəlin sizə söyləyim,Əzəl yaxşı olar, yar aşnalığı.Sən sevəsən, yarın səni sevməyə.Olar bülbül ilə xar aşnalığı.
Bağban odur zəhmət çəkə, əlləşə,Saldığı bağ çiçəkləşə, gülləşə.Əgər gücsüz güclü ilə güləşə,Olar tərlan ilə sar aşnalığı.
Xəstə Qasım qəm əlindən məst ola,Əhli-dərviş xırxasında pust ola.Bir adam ki, loxma ilə dost ola,Olar yağış ilə qar aşnalığı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeste-qasim-asnaligi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
OlsunQız alanda gözlərini açgilən,Üzü şirin, rəngində də qan olsun.