Ay ariflər, bir tərlanım uçubdu,Sağ əlimdən sol əlimə alınca.Onu tutan xeyrü-bəhrin görməsin,Mən yazığın naləsi var dalınca.

Gümüş kəmər bağlayıbdı belinə,Danışdıqca mail oldum dilinə,Gül uzatdım nazlı yarın əlinə,Canım aldı, gülü məndən alınca.

Alimdən dərs aldım əlif-bey üçün.Sürahilər düzülübdü mey üçün,Dəli könül, qəm çəkirsən nə üçün?Qəmli günün şad günü var yanınca.

Xəstə Qasım vədə verdi yüz ilə,Yaşılbaşlar göldən-gölə düzülə.Bir igid ki, qatarından üzülə,Ölüm yeydi, bu dünyada qalınca.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе