Çıxarır
İsfahanda bir dəllək var,Baş qırxanda zol çıxarır.Ətindən az-az götürür,Dərisini bol çıxarır.
Ayağını qoyur qoşa,Ülkücünü çəkir daşa,Zərbi elə gəlir başa,Tikmədaşa yol çıxarır.
Bir fətəsi vardır bezdən,Durub gəlir səhər tezdən,Yarı haqqın alıb bizdən,Yenə acı dil çıxarır.
Ülkücünü çapışdırır,Suyu tasdan qapışdırır.Kəsir, pambıq yapışdırır,Başımızdan kol çıxarır.
Bu usta necə ustadı,Həmişə gözü tasdadı.Xəstə Qasım can üstədi,Elə bilir pul çıxarır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeste-qasim-cixarir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Lal olur bülbüllər sovulanda gül,Lalə libas geyinmisən, Sənəm, al!
YayınurBir gözəlin camalına mayılam,Nə müddətdir gözəl məndən yayınur,
Yayılan məniPayız dərdim, qış möhnətim, yaz qənim,Hicran tapdaq etdi yayılan məni.
Tər gülər, SənəmTər getdim tər yarın tər xanəsinə,Tər mehman, tər eylər, tər gülər Sənəm.
Стихи других поэтов
Mən ki, ləlin can yerində görmüşəm,Dərdini dərman yerində görmüşəm.
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
De gəlsinHicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.