Mən ki, ləlin can yerində görmüşəm,Dərdini dərman yerində görmüşəm.

Tiri-qəmzən zəxmini candan rəvanMərdüm axar qan yerində görmüşəm.

Xaneyi-gözdə xəyalın kölgəsin,Şükr kim, mehman yerində görmüşəm.

Gün yüzündə küfri-zülfin, ey sənəm,Mən yəqin iman yerində görmüşəm.

Müshəfi-hüsnündə xəttü xalınıHərfbəhərf Quran yerində görmüşəm.

Qaşların yayinə kim eyd ayıdır,Canları qurban yerində görmüşəm.

Макта — последний бейт с тахаллусом поэта. Hər nə cövr etsən, Həbibi, lütf ilə,Hüsni-xülq ehsan yerində görmüşəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви