Dərdi-eşqə hər ki, ol dəmsaz olaOl gərək labüd ki, əhli-raz ola.

Aşiqi-sadiq odur məşuqununYoluna can tərk edə, sərbaz ola.

Dəmdə min gəz qal edərsə aşiqi,Qəmzəsi məşuqunun xud az ola.

Aşiqa, cövrü cəfavü dərdü qəm,Zövqü şadi, hüsnü xülqü naz ola.

Hər məzəllət ki, irişə məşuqdən,Aşiqə xud ol qəmu ezaz ola.

Aşiq anda necə tövbə edə kim,Abü səbzə, şahidü mey saz ola.

Erişəməz şol hümanın zülfinəMürği-dil gər şahinü şahbaz ola.

Макта — последний бейт с тахаллусом поэта. Ey Həbibi, xoşdürür cami-şərab,Xassə kim, məhbubi xoş avaz ola.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви