İki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,Arif sahibnəzər gəzmiş ola dünya gərək,Nazəninlər bəzmini seyr eyləmiş bina gərək,İntixab içrə bu nisbət şux bihəmta gərək

Ola şək olmıya zati-əbu cəddinə,Deməyə bir kimsə hərfi-namünasib rədinə,Yetmiş on dörd gecəlik ay tək büluğ həddinə,Çun şəbi-yəlda qara saçı bərabər qədinə,Həm mübarək başı misli qübbeyi-minə gərək

Yüzü gird ü bərgi-gül təki yanağı al ü tər,Burnu zənbəq qönçəsi manənd, küçük ətirvər,Həm zənəxdanları çahi-Yusif əhli-nəzər,Ləbləri həmvar nazik ləl ü dürdən bəhrəvər,Ağzı eyni-pisteyi-xəndan kimi guya gərək

Dişləri incuyi-qəltan, bəlkə dürri-bimisal,Gah-gah etsə təkəllüm tökülə şəhdi-zülal,Dili şirin sözü şəkər səvti yekraq xoşməqal,Eyləyən dəmdə təkəllümlər qıla tutini lal,Ləhcəyi-güftarəsində əndəlib asa gərək

Qırmızısı qırmızı, qarası qara, ağı ağ,Həm zəqən tərkibli pakizə məşrəb, xoş buxaq,Gərdəni əndək uzun yəni çəkənlərdən iraq,Mütəsil bir köynək ət, nə çox arıq nə xeyli çağ,Alçaq olmaq pək deyil, qədri boyu bala gərək

Həlqeyi-çeşmi müdəvvər, ucları əndək dəraz,Almış ola hər qiyə baxmaqda min təlim ü naz,Səfheyi-ruxsarəsində xali-hindu hiləbaz,Xoş həya, ismət nişan ü müdrik ü fəhmidə-raz,Aqil ü agah ü hal ü hər işi əla gərək

Alnı altından sərəndazi urə bu növ bərq,Etməyə sübhün tülu'undan anı bir kimsə fərq,Əhli-dil mürği-səhər tək eyləyə gördükdə zərq,Sünbüli-sevdayi-zülfi bəhri-sevdasinə qərq,Misli zəncir cünunluqda ola rüsva gərək

Nəstərən gül tək qulağı rövnəqi-fəsli-bahar,Misli-şəbnəm tər yanağında çu dürri-şahvar,Çatma qaşı yaya nisbət qəsdi-can etmək mədar,Qəmzələr xunriz qatil, nawək peykan süvar,Sürməli göz məst saqi tək qədəh peyma gərək

Sinəsi gən, təxteyi-qaqum kimi nərm ü səfid,Nan şəkər kimi pistan tuşə rahi-ümid,Sərvqəd, şümşad qol, bel incə, qurşaq napədid,

Əl yədi-beyza və barmaqlar hilali-nov-rəsid,Hər olan dırnaqları əncüm sifət bir ca gərək

Həm şikəm pəri-quy balış, düymə tək üstündə naf,Bədnəzər gözünə nisbət olunmuş ilə saf,Bitdi iş nazik yerə yoxdur təriqi-ixtilaf,Adı gizli iki badam müqəşşər bixilaf,Bir qızıl gül qönçəsi tək ardə peyda gərək

Qalçası bişək sütuni-xeyməyi-dilbər məqam,Üsxuvanı ət içində xurd pünhan bittamam,Həm ayaqları miyanə hasil əqdamında kam,Söylədin varın, Məsiha, müxtəsər ilə kəlam,Tapmayan bu tövr göyçək etməyə də'va gərək

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе