Köksümdə könül işrəti peykanın üçündür,Cismimdə bu can ülfəti qurbanın üçündür

Şirin hərəkat ilə çıxıb cilvə qılmıncə,Hey hey nə gözlər gözü heyranın üçündür

Yarpaq kimi gər olmuş isəm yollərə yeksan,Qurbanın ölüm tutmağa damanın üçündür

Mən' eyləmə pərvanə kimi başına dönsəm,Binalığım təl'əti-rəxşanın üçündür

Boynumda qolum minnəti kim qamətim əydi,Peyvəstə dutub qarşu sənaxanın üçündür

Təşrifi-həyati-əbədi hər kimə yetməz,Bu xil'ət ana yetdi ki fərmanın üçündür

Kimdir diləməz mərhəmi-lütfün ki Məsihi,Çərx üzrə dəxi xəstə o dərmanın üçündür

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов