Ömrün payızınaqədəm qoyuram mən.Ayrılıbo haylı-haraylıbahar biçimli aylardan,illərdən...Uzaqdan vida yaylığını açmışyaşıl yarpaqlarım,əlvan güllərim.

Uzaqdan əl edir mənəo inadlı,qanadlı günlərim...Payızınqızaran şəfəqlərinəbürünüb aram-aramyaşıl yarpaqlı günlərimdən,aylarımdan, illərimdən,ayrılıram.Fəqətkönlümdə nə kədər,nə qəm var.Ayrılsam da ömrümünbaharından.Ayrılmıramkönlümün nəğmə barından.Sətir-sətir,kəlmə-kəlməbir çələng hörmüşəm.Ağlı, qırmızılı,həyat yazılıBir çələngİndi bu kövrək,bu odlumahnılarımı qaldırıbvida yaylığıtək mən,Eheyyy... yaşıl yarpaqlı illərim,alnıaçıq ayrılıram sizdən.Ömrüntəzə dayanacağında durmuşam.Sinəmdə sözlərin axını.Təzə nəğmələrlədindirmək istəyirəmyenə vətən torpağını.Könlümdəyenə gənclik hərarətim.Önümdə

dostlara açılmış süfrəm.Payız səxavətim ...Ömrüntəzə dayanacağında durmuşam.Arxada ağ çiçəkli,ağ kətan köynəklibir fidan.Qanadı bərkiməmiş insan.Gənclik çağım.Öndə:isti, soyuqlar görmüş,qızıl şəfəqlərə bürünmüşpayız dayanacağım...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе