Gəlsin, gəlməsin
Səba, məndən söylə o gülüzara,Bülbül gülüstanə gəlsin, gəlməsin?Bu hicran düşgünü, illər xəstəsiQapına dərmanə gəlsin, gəlməsin?
Mən qurbanı olum ənbər tellərin,Qönçə dodaqların, püstə dillərin,O lalə rüxsarın, mişkin xallarınOduna pərvanə gəlsin, gəlməsin?
Gözüm çox həsrətdir xumar gözünə,Günəş camalına, şəkər sözünə,Utanıram, necə deyim üzünə,Dərdin xəstə canə gəlsin, gəlməsin?
Dolaşdır boynuma şümşad qolunu,Qucaqlayıb qucum incə belini,Ləli-ləbin əmim, sorum dilini,İstər ölü canə gəlsin, gəlməsin?
Nəbati istəməz sənsiz dünyanı,İzzəti, hörməti, şövkəti, şanı,Bir zada qalmayıb daha gümanı,Bu baş o meydanə gəlsin, gəlməsin?
Kitabxana.az · https://kitabxana.az/ru/works/ebulqasim-nebati-gelsin-gelmesin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Olmadı mümkün edim halımı cananə ərz,Mur nə qism eyləsin şahi-Süleymanə ərz.
Nisbət sənə’ ey şux, Züleyxa ola bilməzNisbət sənə’ ey şux, Züleyxa ola bilməz,Bu işvədə, bu qəmzədə Leyla ola bilməz.
Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərzSəcdeyi-həqq oldu çün zümreyi-insanə fərz,Səcdeyi insan olub cümleyi-imkanə fərz.
Ol zaman mən edərəm zövq ilə bu candan həzzOl zaman mən edərəm zövq ilə bu candan həzzKi, yetib vəslə, edəm söhbəti-canandan həzz.
Стихи других поэтов · О природе
Bu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
Шараф-наме, глава 11بیا ساقی از خنب دهقان پیرمیی در قدح ریز چون شهد و شیر
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı