Ol zaman mən edərəm zövq ilə bu candan həzzKi, yetib vəslə, edəm söhbəti-canandan həzz.

Görcək o novgülü, könlüm güli-xəndanə dönər,Necə kim, bülbül edər tərfi-gülüstandan həzz.

Mürği-dil məskəni ol zülfi-çəlipa olanı,Qəm yeməz dəxi, edər hali-pərişandan həzz.

Qoyma xali qala könlüm qəmi-eşqindən kim,Adətimdir, edərəm mən dili-suzandan həzz.

Lütf qıl, sinəmi qıl bir hədəfi-tiri-cəfa,Könlüm istər edə bir navəki-müjgandan həzz.

Ver səfa könlümə, tök seyli-sirişkim gözdən,Mən həmişə edərəm bu düri-qəltandan həzz.

Qəm yükün çəkməyə Məcnun kimi sərməst gərəkKi, edər qönçə kimi çaki-giribandan həzz.

Təng olur ruyi-zəmin rəzm günü namərdə,Mərd edər şir kimi ərseyi-meydandan həzz.

Ol güli-tazə niqabın, nolar, üzdən götürə,Yetə pərvanəyə ta şəm’i-şəbistandan həzz.

Görsəm ol qaməti-mövzunu, itirrəm özümü,Böylə kim, qumru edər sərvi-xuramandan həzz.

Макта — последний бейт с тахаллусом поэта. Dəxi bundan belə çox eyləmərəm meyli-visal,Eylərəm mən də Nəbati kimi hicrandan həzz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви