Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir!Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir!
Od tutub canım sərasər yandı, amma bilmədim,Dil nədir, dilbər nədir, başımda bu sevda nədir?
Bilmədim ömrümdə heç bir küfrü iyman hansıdır,Əhmədü-Məhmud kimdir, Musiyü İsa nədir?
Şahbazi-övci-vəhdət, vahidü həyyü qədim,Xaliqi-ərzü səma ol fərdi bihəmta nədir?
Sədri-eyvani-cəlalət, şəm-i-bəzmi-kainat,Afıtabi-ərşi-izzət-”lafəta illa” nədir!
Türrəhatı qoy kənarə, rəqsə gəl divanəvar,Gəl, xərabat içrə gör bu şurişü qövğa nedir!
Dürdi-safi gözləmək vaxtı deyil, saqi, aman,Şişə ver, peymanə ver, sağər nədir, səhba nədir!
Dur, gözün qurbanıyam, məstane gəl, rindanə ver,Çox demə Cəmşiddən, İskəndərü Dara nədir!
Lövhəşəllah, kimdi bilməm eşq divanın yazan,Aşiqü-məşuq kimdir, Vamiqü Əzra nədir!
Şahidi-xelvetnişinim etdi ruxsarın əyan,Aşiqi-divanə, gəl gör zahirü ixfa nədir!
Yetdi ömrün axirə, sən bir, Nəbati, bilmədin,Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir?
Qəzəl Şairin 2004-cü ildə Bakı nəşriyyatında çap olunan Seçilmiş əsərlərinə əsasən Vahid Çəmənli tərəfindən redektə edilmişdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ebulqasim-nebati-eyle-mestem-bilmezem-kim-mey-nedir-mina-nedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gülğülə saldım genə nöhfələki-əxzərə,Etdi mədəd taleim, yetdi əlim sağərə.
Əgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayəƏgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayə,Gözüm çıxsın əgər mən bir də baxsam cami-minayə.
Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eyləGətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə!O cami-ləlfam ilə bu xamı bir xumar eylə!
Sərməst yıxıldım genə meyxanələr içrəSərməst yıxıldım genə meyxanələr içrə,Oldum genə rüsva neçə fərzanələr içrə.
Стихи других поэтов · О любви
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylərKönül, qanın gözümdən navəki-qəmzən rəvan eylər,Məsəldir mərdüm içrə: “Məst olan, əlbəttə, qan eylər”.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,