Gəldi bir şux yene yanrnıa göyçək-göyçək,Vurdu bir tiği-cefa canıma göyçek-göyçək.Lalə rüxsann edib xuni-dilimdən gülgun,Boyadı əllərini qanuna göyçək-göyçək.Parə-parə ciyərim şişə çəkib etdi kabab,Dikdi göz dideyi-giryanıma göyçək-göyçek.Heyf kim, olmadı bu aşiqə bir canı yanan,Deyə bir dərdimi cananıma göyçək-göyçək.Penah Allaha - deyib, qəhrü qəzəbdən yuma göz,Edə bir ərzimi sultanıma göyçək-göyçək.Ta ki, pərvanə kimi şövq ilə bu canı fedaEdib ol şemi-şəbistanıma göyçək-göyçək.Olu, yareb, görasən bir gecə ol valiyi-Misr Gəle bu külbeyi-ehzanıma göyçək-göyçek?Var ümidim ki, qələm ehli cavan oğlandır,Yazalar bu sözü divanıma göyçək-göyçek.Qəm yeməz dəxi Nebati kimi ol şahi-cahan,Basa bir möhrünü fərmanıma göyçek-göyçək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви