Hər zaman ki düşər başdan ayağa,Olur qədin ilə bərabər zülfün,Əsib badi-səba dağıdar üzdənEdər bu aləmi müəttər zülfün

Xalın Hind əhlinin şəhriyaridir,Qaşın dəsti-qüdrət Zülfüqaridir,Cəmalın aylan gündən aridir,Sünbülü-bənövşədən tazətər zülfün

Çin elindən gələn əttara bənzər,Müşk-ənbər yüklü tacirə bənzər,Gənc üstə yatan şəhmara bənzər,Gəh dişlər yanağın, gəh öpər zülfün

Onunçün qorxuram sərindən teldən,Bir dəm xali olmaz fitnədən feldən,Gəh düşər gərdənə, gəh qucar beldən,Vurar eşq əhlini bixəbər zülfün

Saleh deyir: mən səndən etmən ictinab,Onu sevənlərə dəxl olur səvab,Cəmalın Beytullah, qaşların mehrab,Kəbə örtüyüdür müxtəsər zülfün

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви