بیا ساقی از خنب دهقان پیرمیی در قدح ریز چون شهد و شیر

Aç dehqan küpünü, sən ey saqi, dur,Badəmə şəkərdən şirin mey doldur.

نه آن می‌که آمد به مذهب حراممیی که‌اصل مذهب بدو شد تمام

Vermə o meydən ki, din etmiş haram,Bir mey ver ki, ondan din olmuş tamam.

بیا باغبان‌، خرمی ساز‌کنگل آمد‌، در باغ را باز کن

Ey bağban, şənlik qur, qəm-qüssədən qaç,Bağına gül gəldi, dur qapını aç.

نظامی به باغ آمد از شهربندبیارای بستان به چینی پرند

Nizami şəhərdən gəlmişdir bağa,İpəkdən bəzək vur bostana, tağa.

ز جعد بنفشه برانگیز تابسر نرگس مست برکش ز خواب

Bənövşə zülfündən bükümləri at,O sərxoş nərgizi yuxudan oyat.

لب غنچه را کایدش بوی شیرز کام گل سرخ در دَم عبیر

Qönçənin dodağı hələ süd qoxur,Qızılgül ağzından ona ətir vur.

سهی سرو را یال برکش فراخبه قمری خبر ده که سبزست شاخ

Qoy sərvin qaməti göyə yüksəlsin,Qumruya xəbər ver, bahardır, gəlsin.

یکی مژده ده سوی بلبل به رازکه مهد گل آمد به میخانه باز

Müjdə ver, nəğməyə başlasın bülbül,Beşiyində gəldi meyxanəyə gül.

ز سیمای سبزه فروشوی گردکه روشن به شستن شود لاجورد

Sula çöl-çəməni, uçsun toz, qubar,Lacivərd rəngini yuduqca parlar.

دل لاله را کامد از خون به جوشفرو مال و خونی به خاکی بپوش

Lalənin qəlbində coşan qan artır,Torpaqla ört onu, qanını yatır.

سر نسترن را ز موی سپیدسیاهی ده از سایه مشک‌بید

Nəstərən saçından ağ tükləri at,Bidmişk kölgəsilə telini qaralt.

لب نارون را می‌آلود کنبه خیری زمین را زراندود کن

Gülnar dodağını bulaşdır meyə,Xeyri gül torpağı zərlə bəzəyə.

سمن را درودی ده از ارغوانروان کن سوی گلبن آب روان

Səmənə salam ver ərğəvan güldən,Suvar bağ-çəməni, canlansın gülşən.

به نو رستگان چمن باز بینمکش خط در آن خطه نازنین

O körpə güllərə göstər məhəbbət,Nazını çəkərək eyləmə qəflət.

به سرسبزی از عشق چون من کسانسلامی به هر سبزه‌ای می‌رسان

Mən kimi saövdası aşıb-daşandan,Salam ver gülzara girdiyin zaman.

هوا معتدل‌، بوستان دلکش استهوای دل دوستان زان خوش است

Hava çox ilıqdır, gözəldir bostan,Dostların qəlbi də xoşlanır bundan.

درختان شکفتند بر طرْف باغبرافروخته هر گلی چون چراغ

Vermişdir ağaclar bağa yüz bəzək,Parlaq bir çıraqdır hər gül, hər çiçək,

به مرغ زبان‌بسته آواز دهکه پرواز پارینه را ساز ده

Ey bağban, xəbər ver o susan quşa:Ötərək başlasın yeni uçuşa.

سراینده کن نالهٔ چنگ رادرآور به رقص این دل تنگ را

Bahardır, bir daha nalə etsin çəng,Gətirsin qəlbimi rəqsə o ahəng.

سر زلف معشوق را طوق سازدرافکن بدین گردن آن طوق باز

O dilbər zülfündən bir zəncir yarat,Zənciri yenidən, gəl, boynuma at.

ریاحین سیراب را دسته‌بندبرافشان به بالای سرو بلند

Gözəl dəstələr tut yaşıl reyhandan,Saç sərvin başına, şənlənsin hər an.

از آن سیم‌گون سکهٔ نوبهاردرم‌ریز کن بر سر جویبار

Bahar çiçəyindən dağıt arxlara.Gümüşə bənzəyir ağ çiçəkpara.

به پیرامن برکه آبگیرز سوسن بیفکن بساط حریر

Hər gölün, çeşmənin ətəklərinəSüsəndən ipək bir xalça sal yenə...

در آن بزمهٔ خسروانی خرامدرافکن می خسروانی به جام

Şahanə məclisdə sən, ey saqi, dur,Şahanə bir meylə badəmi doldur.

به من ده که می خوردن آموختمخورم خاصه‌، کز تشنگی سوختم

Dur, saqi, alışdım şərab içməyə,Atəşdən yanıram, ver bu təşnəyə.

به یاد حریفان غربت‌گرایکز ایشان نبینم یکی را به‌جای

O köhnə dostları yad edim bu gün,Qalmamış bir nəfər, köçmüşdür bütün.

چو دوران ما هم نمانَد بسیخورد نیز بر یاد ما هر کسی

Bu dövran da gedər, qalmaz o bizə,Gələnlər içərlər xatirəmizə.

به فصلی چنین فرخ و سازمندبه بستان شدم زیر سرو بلند

Bostanın belə bir gözəl çağındaOturdum uca bir sərv ayağında.

ز بوی گل و سایهٔ سرو‌بنبه بلبل درآمد نشاط سخن

Çinar kölgəsindən, gül qoxusundan,İlham aldı bülbül, başladı dastan.

به گل‌چیدن آمد عروسی به باغفروزنده‌رویی چو روشن‌چراغ

Bir gəlin gül üçün sallandı bağa,Gül üzü bənzərdi işıq - çırağa.

سر زلف در عطف‌دان‌ کشانز چهره گل از خنده شکر‌فشان

Saçları tökülmüş topuğa qədər,Üzü gül səpərdi, dodağı şəkər.

رخی چون گل و بر گل آورده خویبه من داد جامی پر از شیر و می

Şehli gül üzündən kam verdi mənə,İçi meylə dolu cam verdi mənə.

که بر یاد شاه جهان نوش‌کنجز این هر‌چه داری فراموش کن

Dedi: “Al, qəlbində nə varsa unut,Padişah eşqinə əldə qədəh tut”.

نشستم همی با جهاندیدگانزدم داستان پسندیدگان

Oturdum sınanmış kəslərlə hər an,Böyüklər adından yazdım bir dastan.

به چندین سخن‌های زیبا و نغزکه پالودم از چشمه خون و مغز

Beynimin, qanımın çeşmələrindən,Bu qədər incə söz sıxıb süzdüm mən.

هنوزم زبان از سخن سیر نیستچو بازو بوَد‌، باک شمشیر نیست

Doymadım, ilhamım yenə də qaynar,Qılıncım kəskindir, hələ gücüm var.

بسی گنج‌های کهن ساختمدرو نکته‌های نو انداختم

Nə qədər dəyərli xəzinə qurdum,Hər birində yeni nüktələr vurdum.

سوی مخزن آوردم اول بسیچکه سستی نکردم در آن کار هیچ

Yorulmaq bilmədən gündüz və gecə“Məxzənül əsrar”ı yazdım əvvəlcə.

وزو چرب و شیرینی انگیختمبه شیرین و خسرو درآمیختم

İncəlik, şirinlik yığaraq ondan,“Xosrov və Şirin”çin düzdüm bir dastan.

وز آنجا سرا پرده بیرون زدمدر عشق لیلی و مجنون زدم

Sonra başqa yerdə çadırı vurdum,“Leyli və Məcnun”un eşqini qurdum.

وزین قصه چون باز پرداختمسوی هفت‌پیکر فرس تاختم

Bitirdim dastanı, bir nəşə tapdım,Atımı “Həft peykər” üstünə çapdım.

کنون بر بساط سخن‌پروریزنم کوس اقبال اسکندری

İndi söz mülkündə büsat quraram,İskəndər dövründən təbil vuraram.

سخن رانم از فرّ و فرهنگ اوبرافرازم اکلیل و اورنگ او

Yazaram mən onun şan-şövkətindən,Taxtının, tacının əzəmətindən.

پس از دورهایی که بگذشت پیشکنم زنده‌ش از آب حیوان خویش

Ölüb-getmişsə də, dirildim onu,Verim axtardığı həyat suyunu.

سکندر که راه معانی گرفتپی چشمهٔ زندگانی گرفت

İskəndər bir böyük yol təqib etdi,Dirilik suyunun dalınca getdi.

مگر دید کز راه فرخندگیشود زنده از چشمهٔ زندگی

Əbədi qalmaqçın həyat suyundan,Çox gəzdi, dolaşdı heç yorulmadan.

سوی چشمهٔ زندگی راه جستکنون یافت آن چشمه کانگاه جست

Dirilik suyunun olmadı sonu,Ancaq indi tapdı həyat suyunu.

چنین زد مثل شاه گویندگانکه یابندگانند جویندگان

Sözlər padşahının bir məsəli var:Nə gözəl söyləmiş: “Axtaran tapar”.

نظامی چو می با سکندر خورینگهدار ادب تا ز خود برخوری

Nizami, içərkən mey İskəndərlə,Bəxtiyar olmaqçın ədəbi gözlə!

چو همخوان خضری برین طرْف جویبه هفتاد و هفت آب‌، لب را بشوی

Xızır bu süfrəndə olmuş həmsüfrən,Yetmiş yeddi suda ağzını yu sən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе