موبد‌ی از کشور هندوستانرهگذر‌ی کرد سوی بوستان

Hindistanlı bir mö’bid güc verərək ayağa,Yol getdi, yol yeridi baxsın bostana, bağa.

مرحله‌ای دید مُنَقَّش رباطمملکتی یافت مُزَوَّر بساط

Gördü karvansarası naxışlı bir düşərgə,Tapdı yalanla bəzək-düzək vurmuş bir ölkə.

غنچه به خون بسته چو گردون کمرلالهٔ کم عمر ز خود بی‌خبر

Qan tökməyə fələk tək bel bağlamışdı qönçə,Az ömürlü lalə də güldürdü incə-incə.

از چمن انگیخته گل رنگ رنگوز شکر آمیخته می تنگ تنگ

Açılmışdı çəməndə rəngbərəng gözəl güllər,Qarışmışdı şərabla, elə bil, yük-yük şəkər.

گل چو سپر خستهٔ پیکان خویشبید به لرزه شده بر جان خویش

Gül tikan qarşısına tutmuşdu qalxanını,Söyüd titrətməsilə yeyirdi öz canını.

زلف بنفشه رسن گردنشدیدهٔ نرگس درم دامنش

Bənövşənin saçları ipdi boynuna yenə,Pul olmuşdu nərgizin gözləri ətəyinə.

لاله گهر سوده و فیروزه گلیک نفسه لاله و یک روزه گل

Lalə gövhər sürtürdü, güllər isə firuzə,Bir gün, bir nəfəs düşər deyir gül lalə bizə.

مهلت کس تا نفسی بیش نهکس نفسی عاقبت‌اندیش نه

Onlara bir nəfəsdən artıq yoxdu vaxt, həyat,Heç kəs öz axırını düşünməyirdi, heyhat.

پیر چو ز‌آن روضهٔ مینو گذشتبعد مهی چند بدان سو گذشت

Qoca behiştə bənzər bağı tərk edib getdi;Aylar keçdi, yenə də bağı ziyarət etdi.

ز‌آن گل و بلبل که در آن باغ دیدنالهٔ مشتی زغن و زاغ دید

Dəymədi gözlərinə bağda nə bülbül, nə gül,Qarğalarla doluydu hər yer, köçmüşdü bülbül...

دوزخی افتاده به‌جای بهشتقیصر آن قصر شده در کنشت

Cəhənnəmdi behiştin yerində qalxan aya,Yönəlmişdi o qəsrin qeysəri kəlisaya.

سبزه به تحلیل به خاری شدهدستهٔ گل پشتهٔ خاری شده

Otlar buxara dönüb olmuşdu gözdən nihan,Olmuşdu gül dəstəsi bir yığın qaratikan.

پیر در آن تیز‌رو‌ان بنگریستبر همه خندید و به خود برگریست

O iti gedənlərə qoca baxdıqca baxdı,Güldü, lakin nədənsə gözlərindən yaş axdı.

گفت به هنگام نمایندگیهیچ ندارد سر پایندگی

„Bu dünyada hər bir şey bitib böyüyür, — dedi, —Lakin müvəqqətidir, bir şey yoxdur əbədi.

هر چه سر از خاکی و آبی کشدعاقبتش سر به خرابی کشد

Bu torpaqdan, bu sudan hər nə qaldırarsa baş,Axır xarabalığa köçəcək yavaş-yavaş.

به ز خرابی چو دگر کوی نیستجز به خرابی شدنم روی نیست

Xarabalıqdan yaxşı bir yol olmadığından,Mən ola bilərəmmi başqa bir yola rəvan?“

چون نظر از بینش توفیق ساختعارف خود گشت و خدا را شناخت

Nicat aradığından gözləriylə bu qoca,Özünü və allahı tanıyıb oldu uca.

صیرفی گوهر آن راز شدتا به عدم سوی گهر باز شد

Qoca sərraf olunca sirrlər gövhərinə,Vəfat edib qayıtdı, o öz əslinə yenə.

ای که مسلمانی و گبریت نیستچشمه‌ای و قطرهٔ ابر‌یت نیست

Nə müsəlmansan, nə də məcussan, öyünmə çox.Özünə bulut adı qoymusan, yağışın yox.

کمتر از آن موبد هندو مباشترک جهان گوی و جهان‌ گو مباش

Hindistanlı mö’biddən, gəl, geri qalma bir dəm,Gəl burax yaxasını bu dünyadan vurma dəm.

چند چو گل خیره‌سری ساختن‌؟سر به کلاه و کمر افراختن‌؟

Nə vaxtadək gül kimi dikbaşlılıq edib sən,Papağın, kəmərinlə belə öyünəcəksən?

خیز و رها کن کمر گل ز دستکاو کمر خویش به خون تو بست

Dur, gülün kəmərini əllərindən burax gəl,O, qanına bulamış kəmərini mükəmməl.

هست کلاه و کمر آفات عشقهر دو گرو کن به خرابات عشق

Hər zaman bəla olmuş eşqə kəmərlə papaq,Eşqin xərabatında onları girov burax.

گه کلهت خواجگی گِل دهدگه کمرت بندگی دل دهد

Papaq, gül ağalığı gün gələr verər sənə,Öz könlünü qul edər, bə’zən də kəmər sənə.

کوش کزین خواجه غلامی رهییا چو نظامی ز نظامی رهی

Çalış bu ağalıqdan, qulluqdan qurtar asan,Bəlkə Nizami kimi nizamdan qurtarasan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе