نکیسا در ترنم جادوی ساختپس آنگه این غزل در راهَوی ساخت

بساز ای یار با یاران دلسوزکه دی رفت و نخواهد ماند امروز

گره بگشای با ما، بستگی چند؟شتاب عمر بین، آهستگی چند؟

ز یاری حکم کن تا شهریاریندارد هیچ بنیاد استواری

به روزی چند با این سست رختیبدین سختی چه باید کرد سختی‌؟

به عمری کو بود پنجاه یا شصتچه باید صد گره بر جان خود بست‌؟

بسا تابه که ماند از طیرگی سردبسا سکبا که سگبان پخت و سگ خورد

خوش آن باشد که امشب باده نوشیمامان باشد که فردا باز کوشیم؟

چو بر فردا نماند امیدواریبباید کردن امشب سازگاری

جهان بسیار شب‌بازی نموده‌ستجهان‌نادیده‌ای جانا چه سود است‌؟

بهاری داری از وی بر خور امروزکه هر فصلی نخواهد بود نوروز

گلی کو را نبوید آدمی‌زادچو هنگام خزان آید برد باد

گل آن بهتر کزو گلاب خیزدگلابی گر گذارد گل بریزد

در آن حضرت که نام زر سفال‌ستچو من مس در حساب آید محال‌ست

لب دریا و آنگه قطره آب‌؟رخ خورشید و آنگه کرم شبتاب‌؟

چو بازار تو هست از نیکوی تیزکسادی را چو من رونق برانگیز

بخر کالای کاسد تا توانیبه کار آید یکی روزت‌، چه دانی؟

درستی گرچه دارد کار و باریشکسته بسته نیز آید به کاری

اگر چه زر به مهر افزون عیار‌ستقراضه‌ریزه‌ها هم در شمار‌ست

نهاده‌ستی ز عشقم حلقه در گوشبدین عیبم خریدی باز مفروش

تمنای من از عمر و جوانیوصال تست وانگه زندگانی

به پیغامی ز تو راضی است گوشمبر آیم زین اگر زین بیش کوشم

منم در پای عشقت رفته از دستبه خلوت خورده می‌، تنها شده مست

منم آن سایه کز بالا و از زیرز پایت سر نگردانم به شمشیر

نگردم از تو تا بی‌سر نگردمز تو تا در نگردم برنگردم

سخن تا چند گویم با خیالت‌؟برون رانم جنیبت با جمالت‌؟

به‌هر سختی که تا اکنون نمودمچو لحن مطربان در پرده بودم

کنون در پردهٔ خون خواهم افتادچو برق از پرده بیرون خواهم افتاد

چراغ از دیده چندان روی پوشدکه دیگ روغنش ز آتش نجوشد

بخسبانم ترا‌، من می خورم نابکه من سرمست خوش باشم تو در خواب

بجای توتیا گردت ستانمگهی بوسه گهی دردت ستانم

سر زلفت به گیسو باز بندمگهی گریم ز عشقت‌، گاه خندم

چنان بندم به دل نقش نگین‌تکه بر دستت نداند آستین‌ت

در آغوش آنچنان گیرم تنت راکه نبود آگهی پیراهنت را

چو لعبت‌باز‌ِ شب پنهان کند رازمن اندر پرده چون لعبت شوم باز

گر از دستم چنین کاری بر آیدز هر خاریم گلزاری بر آید

خدایا ره به پیروزیم گردانچنین پیروزی‌ای روزیم گردان

چو خسرو گوش کرد این بیت چالاکز حالت کرد حالی جامه را چاک

به صد فریاد گفت ای باربد هان‌!قوی کن جان من در کالبد هان‌!

Nikisa oxudu cadugər kimi,Rahəvi üstündə köklədi simi:

"Gəl yarınla barış, sən ey sitəmkar!Dünən keçdi getdi, bu gün də keçər.

Düyümü aç getsin, dayanma əbəs,Ömür çox tələsir, sən də bax, tələs!

Şahlıqdan danışma, eşqi et şüar,Dünyada heç şeyə yoxdur etibar.

Dünya beş günlükdür, zənn etmə çoxdur,Ondan bərk yapışma, mənası yoxdur.

Çox tava qızmadan qaldı, qaraldı,Çox bişən aşlar da itlərə qaldı.

Durma, şərab içək, bu xoş gecə, gəl!Sabah da içərik, gəlməsə əcəl.

Sabaha çox da sən ümid bağlama,İşi lap bu gecə düzəlt, saxlama.

Dünyanın qəribə oyunları var,Dünya görməmisən, nə fayda, ey yar!

Baharın var, bu gün ye meyvəsindən,Hər gün novruz olmaz, məgər bilmirsən?

İnsan iyləməsə bir gülü, bişəkk,Xəzan gələr, onu aparar külək.

Yaxşı olur güldən gülab alasan,Gül solar geciksə o gülabtutan.

Bir yerdə ki, saxsı yerindədir zər,Mənim kimisinə kim qiymət verər?

Bir qətrə su hara, bir ümman hara?Günəş olan yerdə ay gəlməz kara.

Bazarın rəvacdır yaxşı işlərlə,Qoyma kasadlıqda dostunu belə.

Kasad malı da al, bəlkə də bir günKarına gəldi o kasad mal bütün.

Bütöv mallar almaq xoşdur həmişə,Bəzən sınıq qab da yarayar işə.

Düzdür ki, sikkələr baha gedərlər,Qızıl tozunu da hesab edərlər.

Eşqin quluyam mən, sən mənə yiyə,Daha satma məni eybim var deyə.

İkicə arzum var ömrümdə ancaq,Əvvəl sənin vəslin, sonra yaşamaq.

Bircə sifarişin mənim bəsimdir,Birdən o da olmaz, sonra kim bilir?

Mən əldən getmişəm eşqinlə müdam,Xəlvətdə mey içib, sərxoş olmuşam.

Mən sənin kölgənəm hər yerdə, nəysə,Səndən ayrılmaram, yüz qılınc dəysə.

Başım kəsilincə dönmərəm səndən,Qanım tökülsə də ayrılmaram mən.

Nə qədər həmdəmim xəyalın olsun?Nə qədər həsrətim camalın olsun?

Nə sərtlik etdimsə bu vaxta qədər,Səs kimi pərdədə qalmağın yetər.

İndi qorxum yoxdur qan pərdəsindən,Pərdədən çıxaram şimşək kimi mən.

Çırağın yağdanı quruyan zamanOlur onun nuru gözlərdən nihan.

Tutiya yerinə tozunu allam,Öpərəm, dərdini qəlbimə sallam.

Yatıraram səni, mey içib hər anXoş olar: mən sərxoş, sən də yatasan!

Zülfünü saçımla möhkəm bağlaram,Eşqindən həm gülər, həm də ağlaram.

Üzüyündən qəlbə vuraram bəzək,Xəbər tutmaz ondan nə əl, nə ətək,

Elə qucaqlaram səni, ey nigar,Köynəyin də olmaz bundan xəbərdar

Gecə oyunbazı yatanda, həmənPərdədə min oyun çıxararam mən

Əlimdən gələrsə belə iş əgərHər bir tikanımdan bir çiçək törər.

Ey tanrı, yol göstər, qalib çıxım mən,Mənə yaxşı günü qismət elə sən."

Bu gözəl nəğməni eşidəndə şahPaltarını cırdı, çəkdi dərin ah.

Söylədi: "Ey Barbəd, kömək et, aman!Qoyma bədənimdən uçub getsin can."

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов