Salma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.

Kəbə yüzünü görməyə aləm yığılıbdır,Göstər həcərül-əsvədi zəvvarə, amandır.

Tapşır o kamandar qaşına tiri-müjəndən,Suzan sinəmə vurmaya çox yarə, amandır.

Zahid məni öldürdü məlamət eləməkdən,Göstər yüzünü, ta qıla nəzzarə, amandır.

Məntək unuda dini, duta rahi-Məsihi,Səcdə eliyə deyrlə zünnarə, amandır.

Mən canə yetişdim bu qədər cövrün əlindən,Ərzə gedirəm axırı sərdarə, amandır.

Rəhm üzrə gəlib aşiqi-dilxəstəyi-zarün,Qoyma gedə biganəyə yalvarə, amandır.

Макта — последний бейт с тахаллусом поэта. Göstər Fəqirə nuri-təcəllayi-cəmalin,Musa kimi ta qalmaya avarə, amandır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви