Verəli dil o qarə tellərə naşad olubam
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Verəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.
Xəmi-zülfündə məqam eyləyəli xəstə könül,Qüssəyə tuş olub, xanəsi bərbad olubam.
Necə səhrayə gedim ahu şikar eyləməyə,Mən özüm seydi-xəmi-həlqeyi-səyyad olubam.
Ey gözüm yaği, sənin həmdəmi-zarın mən idim,İndi nolmuş sənə, mən özgə kimi yad olubam?!
Oğru zülfündən əgər könlümü alsam, dəxi mənVermərəm dil ona, bundan belə ustad olubam.
Макта — последний бейт с тахаллусом поэта. Ey Fəqir, bu qədi sərvin qəminə tuş olalı,Qəmi-dəbxi unudub sərvtək azad olubam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fegir-ordubadi-vereli-dil-o-qare-tellere-nasad-olubam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rəhmə gəl, eyləmə bu könlümü viran, qara göz,Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz,
Ey gözüm, vermə könül bu gözü xummarılərəEy gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
Düşmüşəm seyd kimi damdə səyyad əlinəDüşmüşəm seyd kimi damdə səyyad əlinə,Bivəfa, qaniçici kafirü cəllad əünə.
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
Стихи других поэтов · О любви
Bir bağda bülbül olmasa,Gülün nə miqdarı, dilbər,
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Ey gözü qarətgəri-imanü bərsər kakilinEy gözü qarətgəri-imanü bərsər kakilin,Bağladı islamara zünnari-kafər kakilin.