Düşmüşəm seyd kimi damdə səyyad əlinə,Bivəfa, qaniçici kafirü cəllad əünə.

Qanımı tökmək üçün əbruyi-xunrizi müdam,Gör nə xişm ilə alıb xəncəri-fülad əlinə.

Nə səbəbdən bu qədər didələrin qəsdim edər?Məni məqtul eləməkdən gəlü bir zad əlinə!?

Qoyma zülfi-siyəhin səfheyi-rüxsarə düşə,Vermə, ey şux, behişti belə Şəddad əlinə.

Dövri-çeşmindəki xalin bəməsəl xatəmdür,Yetişib hiylə ilə divi-pərizad əlinə.

Qılsın əmani-nəzər mürşidi-ustadi-əzim,Hacı Mirzayi-Rəhim yetsə bu əfrad əlinə.

Макта — последний бейт с тахаллусом поэта. Duta gər nəzmi-kəlamında Fəqirin bir eyb,Əfv qılsın onu kim, düşmüyüb ustad əlinə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов