Gülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,

Çıxıb sevdası eşqimin başuma,Xəyalun yar olubdur bana sənsiz.

Fəragun zikri söyləmək dilümdən,İnildə zar olubdur bana sənsiz.

Cahanda bir nəfəs, ey dilbəri-şux,Dirilmək ar olubdur bana sənsiz.

Fəragun zövqüdür ağudan acı,Ki, zəhri-mar olubdur bana sənsiz.

Yanaram həsrətindən gecə-gündüz,Çü hicran nar olubdur bana sənsiz.

Dəmadəm Gülşəni der Rövşəniyə,Rəqibim yar olubdur bana sənsiz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви