Əcəb yüzin görən necə qılar tab
Əcəb yüzin görən necə qılar tab,
Çu andan bibədəl olur şeyxlə şab.
Əcəb nərgislərin uyur oyanux,
Görənün gözünə necə girər xab.
Əcəb durci-göhər kimi dəhandan
Düşünmidür görünən madəri-tab.
Əcəb ay kimi alınundan münəvvər,
Cəhanda varmıdur bir taqi-mehrab.
Əcəbmi təşnəliqdən can verərsə,
Görənlər ləblərüni lə’li-sirab.
Əcəbmi, ey pəri, yüzin görəndə
Günəş sararuban, qararə möhtab.
Əcəbmi gözlərümdən yaş yerinə
Axudam həsrətündən seyli-sürxab.
Əcəbmi Gülşəninün Rövşəniçün
İnildü zarisin manəndi-dulab.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyx-ibrahim-gulseni-eceb-yuzin-goren-nece-qilar-tab
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eşqə könül verməyən cananı qıymaz bana,Bəlləgini tərk edüp, qal ilə gəlməz bana.
Gedər derlər, gedər derlərBənim könlüm alan dilbər,Gedər derlər, gedər derlər.
Gəl, ey Misri-dilim dilbərGəl, ey Misri-dilim dilbər,Əzizi canımın, cananı dilbər.
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
Стихи других поэтов
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Qəzəl: Səbr ilə aqibət mey olur qan dedikləriSəbr ilə aqibət mey olur qan dedikləriSübhi-vüsal olur şəbi-hicran dedikləri
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,