Məgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürürYenə xınaladı nazik əllərinSinəm üstə nə gəzdirir gəzdirir

İstəməzdim yarım gedə buradanSəni mənə nəsib etsin yaradanSənin rəqibini Haqq götürsün aradanYarı yoldan ha azdırır azdırır

Qadir Allah, xub yaratdın aləmiNəsib yarəb, yarım bizə gələmiƏlə aldı yenə dəvat qələmiƏrzi-halım nə yazdırır yazdırır

Yarım ərzi-halın mənə söylədiŞad könlümü birdən qəmgin eylədiSaldı zülfün yüzə çin-çin eylədiGərdən üstə nə düzdürür düzdürür

Miskin Nəsir düzə bilməz qürbətəSənin rəqiblər yetişməsin dövlətəÇərxi-fələk nə salubdur fürsətəƏlim yardan ha azdırır azdırır

Случайное стихотворение

Стихи других поэтов · О любви