Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,Mənzili saldım iraqə,Yaxın yollardan ayrıldım

Təvəkkül qıldım Kərimə,Tuşdum, düşdüm dərimə,Bir hava indi sərimə,Bu xiyallardan ayrıldım

Gözlər dəstində minə,Yaxa çak, qanlıdır sinə,Oxşatdım zənbur evinə,Əcəb şanlardan ayrıldım

Yetmədi aşiq halına,Uyubdur dünya malına,Çar bölük tökmüş belinə,Zülfi-şahmardan ayrıldım

Şirvani odlara düşdüm,Dərdimin dəftərin açdım,Mina boylum, qələm qaşlım,Çeşmi-xumardan ayrıldım

Случайное стихотворение

Стихи других поэтов · О любви