Mənə
Gün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,Müjganları dəydi, bağrımı dildi,Daxi neyləyəcək o kitab mənə
Qayıdıb cananı mən bir olaydım,Heyrətdən qurtarıb hala gələydim,Qoyaydın yarıma qurban olaydım,Bimürvət niçün səpdin ab mənə
Nazlıca dilbərim, üzünə gəlmən,Eşqin sövdasından özümü bilmən,Bu dərdi sən verdin, daxi ayılmən,Gündüz qərar gəlməz, gecə xab mənə
Cəmalın şövqündən oldum sərsəri,Gözümün şö'ləsi əqlim pərgəri,Biçarə Xurşidin oldun dilbəri,Tapa bilmən səndən qeyri bab mənə
Kitabxana.az · https://kitabxana.az/ru/works/xursid-el-sairi-mene
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Nə gözəl, mənalı, oxu, sən də bax,Bir qəzəl yazıbdı sədəqə "sin"nən.
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.