Ağlaram
Gənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,Yarın obasın köçünü gördüm,Yurdun gördüm onu andım, ağlaram
Bəlayi-mehnətə dərdə tuş oldum,Keyfiyyətim budur zəhrə nuş oldum,Qəm xirqəsin geydim, siyahpuş oldum,Bəla kəmərin qurşandım, ağlaram
Tərk-i vətən oldum xanimanımdan,Lalələr al geydi axan qanımdan,Hicran əli tutdu girəbanımdan,Qəm fövcünə mən talandım, ağlaram
Kiçicik çağımda düşdüm, qocaldım,Bəyliyin mərtəbəsin könlümdən saldım,Dünyanı qovmaqdan daxi yoruldum,Keçən günlərimi andım, ağlaram
Xurşidəm, sirandə yar səni gördüm,Yox etdim özümü, var, səni gördüm,Namusdan keçdim, ar, səni gördüm,Qəflətdən indicə oyandım, ağlaram
Kitabxana.az · https://kitabxana.az/ru/works/xursid-el-sairi-aglaram
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,